Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > BOĞAZI QURUYAN Qorçulu sakinləri...
BOĞAZI QURUYAN Qorçulu sakinləri...Bu gün, 10:45 |
|
Şərur rayonunun Qorçulu kənd sakinləri illərdir normal içməli su tapa bilmədiklərini bildirirlər. Onlar məişətdə istifadə etmək üçün suyu uzaq məsafələrdən əllə daşımağa məcbur qaldıqlarını deyirlər.
Əkin suyu isə kənd sakinləri üçün ümumiyyətlə əlçatmazdır. Sakinlərin sözlərinə görə, problem ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticə olmayıb. Çarəsiz qalan kəndlilər məsələni ictimailəşdirməklə həllinə nail olmağa çalışırlar.
Onlar hesab edirlər ki, bir artezian quyusunun qazılması kəndin su problemini kökündən həll edə bilər.
"Gündəlik Naxçıvan"
Daha ətraflı aşağıdakı videoda:
Geri qayıt |