Əsas Səhifə > Manşet / Gündəm > Qusarın təzə başçısı da köhnə başçının YOLUNU GEDİR...
Qusarın təzə başçısı da köhnə başçının YOLUNU GEDİR...Bu gün, 07:38 |
|
"Qusarda meşə fondundan qanunsuz olaraq 23 hektar ərazi çıxarılıb. Qusar meşəbəyliyinin 15 saylı meşə dolayının 84 cü kvartalının 5; 9 və 12-ci bölmələrinə aiddir. Qusar şəhərinə birləşik ərazidir..." "DİA-AZ" xəbər verir ki, bu barədə Qusar sakinləri öz müraciətlərində həyəcan təbili çalırlar.
Müraciətdə daha sonra deyilir: "Hətta xəritə çap edib 5 saylı RMTM-ə (Quba regional meşə idarəsinə) göndərilib ki təsdiq etsinlər. Həmin ərazidə təqribən 6 hektarında meşəbərpa tədbirləri də aparılıb. Hələ ki, dəyişiklik tam təsdiqlənməyib. Vaxtında qarşısı alına bilər.
Daha öncə Qusar şəhərinə bitişik bu ərazidə oxşar bir fırıldaqçılığı cənab Prezidentə müraciətimizdən sonra dayandıra bilmişdik. Hətta Qusar rayonun icra başçısı az sonra vəzifəsindən azad edilmiş, Qusar şəhərinin bələdiyyə sədri həbs edilmişdi.
Aidiyyatı qurumlardan xahiş edirik, bu məsələyə vaxtında diqqət ayırsınlar. Sənədlər dəyişdirilib, torpaqlar satıldıqdan sonra səs küyü daha çox olacaq. Bizim başqa heç bir təsir imkanımız yoxdur. Bilirik, deyirik ki, meşəni məhv etməyin. Yenə də özünüz bilərsiz, o meşə, o da siz. Bir ümidimiz onadır ki, eşitdiyimizə görə ETSN naziri cənab Rəşad İsmayılovun məsələdən xəbəri yoxdur. Görək nə olur..."
Geri qayıt |