Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Bu hoteldə dəsmaldan istifadəyə görə... ƏLAVƏ PUL ALINIR...
Bu hoteldə dəsmaldan istifadəyə görə... ƏLAVƏ PUL ALINIR...Bu gün, 09:53 |
|
"Şikayətim Mingəçevir şəhərində yerləşən "River Side Hotel" ilə bağlıdır..." "DİA-AZ" xəbər verir ki, bu barədə Səidə adlı sosial şəbəkə istifadəçisi öz postunda etirazını bildirir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "29.05.2026 tarixində bayram tətilini dəyərləndirmək və dincəlmək məqsədilə həmin hoteldə qaldıq. Lakin hotellə bağlı yaşadığımız vəziyyət həm bizi ciddi şəkildə narahat etdi, həm də istirahətimizi korladı.
Otağı təhvil verərkən resepşində çalışan xanım bizə “gözləyin, siz nəsə etmisiniz” deyərək kobud və ittihamedici şəkildə müraciət etdi. Daha sonra bildirildi ki, istifadə etdiyimiz dəsmallarda üz yuyulduqdan sonra tonal krem izi və rəngli saç balzamından çox cüzi ləkə qalıb. Halbuki bu ləkələr adi yuyulma ilə təmizlənə biləcək səviyyədə idi.
Buna baxmayaraq, hotel əməkdaşları xüsusi təmizləyici çağıraraq ləkələrin guya çıxmayacağını iddia etdilər və bizdən 40 AZN “cərimə” tələb olundu. Açığı, bu yanaşma tamamilə absurd və əsassızdır. Bu qədər böyük hoteldə camaşırxana əməkdaşlarının ağ tekstil məhsullarının yüksək temperaturda yuyulduqda bu tip izlərin rahatlıqla təmizləndiyini bilməməsi inandırıcı görünmür.
Əgər otaqda hər hansı əşya sındırılsa, cırılsa və ya real zərər vurulsaydı, buna görə ödəniş tələb olunmasını normal qarşılayıb, "baş üstə" deyib, ödəyəcəkdik.Lakin istifadəyə görə dəsmalda qalan adi kosmetik izə görə müştərinin bu şəkildə cərimələnməsi doğru deyil və müştərilərə qarşı hörmətsiz münasibət təsiri bağışlayır.
Bundan əlavə, resepşində çalışan xanımın davranışı da etik normalara uyğun deyildi. Özünü peşəkar hotel əməkdaşı kimi deyil, kobud, aqressiv hətta özünü çox yuksəkdən qudurğan şəkildə aparırdı.
Məsələ 40 manat məbləğində deyil. Əsas məsələ müştərinin aldadılmış və hörmətsiz hiss etməsidir. Ora gedə biliriksə vurduğumuz ziyanı da qarşılaya bilirik amma biz heç bir ziyan vurmamışıq. İlk dəfədi hansısa hotelde dəsmal davası gördüm. Hətta otağdan çıxanda otaqı səliqəli vəziyyətə salıb çıxdıq. Biz ora istirahət etməyə getsək də, əsəbi və narazı şəkildə geri qayıtdıq.
Ümid edirəm ki, rəhbərlik bu məsələni araşdıracaq və gələcəkdə digər müştərilər eyni vəziyyətlə qarşılaşmayacaq..."
Geri qayıt |