Əsas Səhifə > Manşet / Gündəm > Bura bir gələn... BİR DAHA GƏLMƏK İSTƏMƏZ!

Bura bir gələn... BİR DAHA GƏLMƏK İSTƏMƏZ!


Bu gün, 12:36

" "Relax"da olan biabırçılıqlar... Otaqda kondisionerin pultu belə yox idi. Kiçik soyuducu işləmirdi və bununla bağlı müraciətlər də nəticəsiz qaldı. Çarpayının yanında telefonu şarj etmək üçün normal elektrik çıxışı belə yox idi. "5 ulduz" adı altında təqdim olunan bir məkanda bu qədər elementar problemlərin olması biabırçılıqdır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Müraciətdə daha sonra deyilir: "Səhər yeməyi isə ümumiyyətlə, çox zəif və keyfiyyətsiz idi. Çeşid olduqca az idi, içməyə normal şirə belə yox idi. Hətta çay içmək üçün stəkan tapılmırdı. Stəkanları o qədər gec gətirdilər ki, artıq səhər yeməyini bitirib dururduq. İsti yeməklər demək olar yox idi. Olan yemək də cəmi bir dəfə gətirildi, qazan boşaldıqdan sonra isə yenidən əlavə edilmədi. Bu səviyyədə xidmət qonağa açıq hörmətsizlikdir.
Üstəlik, son gün işıq da söndü və uzun müddət bərpa olunmadı. Belə bir vəziyyətin qarşısını almaq üçün heç bir hazırlıq və operativ yanaşma görünmürdü.
Qiymətlə xidmət arasında heç bir uyğunluq yoxdur. Qonaqlara düzgün məlumat verilməli və insanları olmayan xidmətlərlə cəlb etməyə çalışmamalıdırlar. Ümumi təcrübə tam məyusedici oldu və bir daha seçim etmərəm.
"Lerik Relax" istirahət mərkəzində yaşadığımız təcrübə tam məyusedici oldu. Reallıqla təqdimat arasında çox ciddi fərq var. İnternetdə və rezervasiya zamanı təqdim olunan xidmətlərlə faktiki vəziyyət tamamilə uyğun gəlmir. "WiFi" problemi günlərlə həll olunmadı və bununla bağlı heç bir normal yanaşma göstərilmədi. Əyləncə və digər xidmətlər barədə verilən məlumatların böyük hissəsi reallığı əks etdirmir..."

Geri qayıt