Əsas Səhifə > Manşet / Reklam / Güney Press > "Sizin bir çəkindiyiniz yer varmı?"

"Sizin bir çəkindiyiniz yer varmı?"


Bu gün, 12:04

" "Hörmətlimi" deyim ya "hörmətsizmi"..? "Azercell"ə müraciət edirəm: sizinlə nə edək?" "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Günay adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:

"Sizin bir çəkindiyiniz yer varmı? İşdə ola ola internetim bitib. 20 manat balansa yükləmişəm yeniləyəm... Kontur balansa oturmur.

Yenidən 1 manat əlavə olaraq yüklədim. Ondan da xəbər yoxdur. İndi de çatlarına yazdım. Mənə cavab verirlər ki, bəs 5 iş günü ərzində gözləməliyəm. Ay balam, mən öz pulumu 5 gün sizə niyə verməliyəm ki?"


Geri qayıt