Əsas Səhifə > Manşet / Siyasət > Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik...
Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik...Bu gün, 09:09 |
|
"Srağagün bala pişiyim maşının altında qaldı beldən aşağı əzildi, yaxşı baytar tapana qədər iki saat keçdi. Bilgəhdəki "Univet" klinikasını məsləhət gördülər. Biz də tez ora apardıq. Həkim 15 dəqiqə sonra gəlib baxdı , yoxladı ayaqlarına iynə batırdı dedi hissiyatı var bu yaxşı nəticədir. Bəs bir gün burda qalmalıdır. Bizə sabah 12-də gəlin..." "DİA-AZ" xəbər verir ki, bu barədə Fərqanə Babayeva adlı sosial şəbəkə istifadəçisi öz postunda gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Rentgenə salacaqdılar. Biz də razı olduq. Bala pişiyin vəziyəti bizi sarsıtdığı üçün həm də ilk dəfədir belə hal başımıza gəlir, nə edəcəyimizi bilmədən həkimə güvəndik pişiyi orda saxladıq. Həkimin türkiyəli olması açığı ümidimi artırmışdı .
"Resepşn"də işləyən xanım həkim qəbulu 35 AZN + 50 AZN də qalmaq pulunu istədi və biz ödədik, əlaqə nömrəsi aldı ki, nə proses görülsə, çəkib sizə bildirəcəyik "votsap" vasitəsi ilə... Biz də hadisənin məyusluğundan ağılnan düşünə bilmədik (çek tələb edək). Xanım qız da heç bizə çek vermədən yola saldı.
Gün ərzində bizə məlumat verilmədi, mən yazıb soruşanda dedilər ki, vəziyyəti elə siz gətirdiyiniz kimidir. Gözləyirik.
Yəqin ölməyini gözləyirmişlər. Dünən saat 12-də biz gedən vaxtı "votsap"a mesaj gəldi ki, pişik öldü. Üzgünük.
Gedib ölüsünü götürdük.
20 il qabaq da bir pişiyim həkim səhlənkarlığından öldü indi də. Hansı quruma şikayət edim bunları?
Çek verməyiblər, nə prosedur etdiklərini açıqlamayıblar, heyvanı sadəcə saxlayıb xidmət göstərməyib pul alıblarsa, səhlənkarlıq olduğunu düşünürəm və haqq yerini tapsın istəyirəm. Ölümə tərk etmək belə asan olmamalıdır..."
Geri qayıt |