Əsas Səhifə > Manşet / Siyasət > AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir...

AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir...


Bu gün, 06:57

"İyunun 1-dən bəyannamə doldurmaq üçün "Asanimza", "SİMA" və ya "Mygov" olmadan mümkün olmayacaq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan Məmməd Emin adlı istifadəçi daha sonra fikrini belə davam etdirir:

"Yəni bu qədər də olmaz. Daha deyin ki, mal gətirməyin də. Limiti azaltdınız, "smart customs" çıxartdınız, indi də rəsmiləşdirməni "daha sürətlə tamamlanması" üçün çalışırsınız.

"Mygov"la girməkdən ötrü də telefona əlavə olaraq "mygov" yazdırmaq lazımdır, "web" ilə daxil olmaq olmur. "Sima" mənə lazım deyil, "asanimza" da eləcə. İndi sadə insanlar xaricdən sifariş verdikdə niyə bu qədər əlavə işlər görməlidir? Məqsəd "gömrük rəsmiləşdirməsin daha da sürətlə tamamlanması" deyil. Həddən artıq daralmış limit yetməyəndə, digər ailə üzvlərin adına sifarişi qəlizləşdirməkdir..."


Geri qayıt