Əsas Səhifə > Manşet / Cəmiyyət > İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIBBu gün, 07:11 |
|
Qonaqlar getdi, indi gəlin səmimi danışaq.
Bu ölkənin belə bir forum keçirməyə haqqı varmı?" "DİA-AZ" xəbər verir ki, bu etiraz dolu müraciətin müəllifi Şəki şəhəri sakini, ictimai fəal Sahib Kərimlidir.
O daha sonra fikrini belə davam etdirir: "Forumda Şəki İcra Hakimiyyətinin 15 illik başçısı iştirak edirdi.
Şəki Ukraynanın Jmerinka şəhəri ilə qardaşlaşıb, merlər forumda görüşdülər.
Şəkidəki Jmerinka küçəsinin başındakı Füzuli parkı yay aylarında susuzluqdan quruyur. Səbəb nədir? İllərdir su xətti olmasına baxmayaraq, parkla su idarəsi hüquqi mübahisəni həll edə bilmir, yaşıllıq buna görə quruyur. İndi bu Başçı gəlib forumda iştirak edir, şəhərsalmadan danışır.
Şəkiyə Başçı gələndə rusdilli idi, Azərbaycan dilində danışa bilmirdi, indi Şəki ləhcəsində danışır.
Ay qardaş, Şəkidə adam yoxdur, Başçı olsun?
Adam 15 ildir başçıdır, Pandemiya vaxtı Şəkidəki məşhur Babaratma Pirində xəzinə axtarmaq məqsədiylə gizli qazıntı işləri aparıb. İstəsəniz şahid ifadələrini təqdim edə bilərəm.
Necə olur ki, hər il tələbə qəbulunda Şəki ilk yerləri tutur amma onun məmurları kənardan gəlir? Necə olur ey bu?"
Geri qayıt |