Əsas Səhifə > Manşet / Sosial > AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir?
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir?Bu gün, 12:39 |
|
Azərbaycanda yükdaşıma sektorunda fəaliyyət göstərən sürücülər və daşıyıcı şirkətlər son günlər ciddi problemlərlə üzləşdiklərini bildirirlər. Sosial şəbəkələrdə yayılan narazılıqlarda qeyd olunur ki, logistika sahəsində yaranan böhran yalnız xarici amillərlə bağlı deyil, ölkə daxilində tətbiq edilən qaydalar və prosedurlar da yerli daşıyıcıların fəaliyyətini çətinləşdirir. KONKRET.az xəbər verir ki, nəqliyyat daşıyıcısı paylaşımında xüsusilə sərhəd-keçid məntəqələrində yaranan problemlərə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycandan yüklənən nəqliyyat vasitələrinə beynəlxalq qaimədə göstərilən çəkidən əlavə 700-800 kiloqram artıq yüklə hərəkət etməyə icazə verilməsi sonradan sürücülər üçün ciddi çətinlik yaradır. Daşıyıcı bildirir ki, avtomobilin texniki pasport göstəriciləri ilə real yanacaq və avadanlıq çəkisi arasında fərq nəzərə alınmır:
Onun sözlərinə görə, gömrük baxışlarının qiymətləri də fərqlidir. Astara gömrüyündə baxış üçün 118 manat, Qazax və Samur keçid məntəqələrində isə daha yüksək məbləğ tələb olunur. Bu isə həm vaxt itkisinə, həm də müştəri narazılığına gətirib çıxarır.
Daşıyıcının sözlərinə görə, AYNA tərəfindən tələb olunan bəzi şərtlər məntiqsizdir. Belə ki, buraxılış kartı nəqliyyat vasitəsinə aid olduğu halda sürücünün sertifikatı da tələb edilir.
Sürücü həmçinin xarici daşıyıcılara münasibətdə daha yumşaq yanaşmanın tətbiq olunduğunu bildirir. Onun fikrincə, yerli sürücülər taxeoqraf və sənəd qaydalarına görə cərimələndiyi halda, xarici daşıyıcılara eyni tələblər sərt şəkildə tətbiq edilmir. Geri qayıt |