Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər...

Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər...


Bu gün, 14:16

"Mingəcevir şəhəri, N.Nərmanov küçəsi 40, mənzil 39-da yaşayan, ikinci qrup əlil, 2024-cü ildə açıq ürək əməliyyatı keçirib. Belə bir durumda olan işçini, hansı insafla, hansı əsasla yaşadığı şəhərdən başqa şəhərə (Fizuli şəhərinə) işləməyə göndərirsiniz? Niyə? Məqsəd nədir? Bəlkə siz də SOCAR-ın məlum "təşkilati sağlamlaşdırma" siyasətinə qoşulmusunuz?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı "SOCAR-PETROLEUM" QSC , rəhbərliyinə xitabən qeyd edib.
NHMT sədri daha sonra Hüseyinov Arif Səməd oğlunun müraciətini ictimailəşdirib. Beləliklə, müraciətdə deyilir:
"1971-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. 1992-ci ildə Mingəçevir şəhər Qaz İstismar İdarəsi Sahəsində telefonçu kimi işə başlamışam. 2024-cü ildə açıq ürək əməliyyatı olunmuşam. 21.05.2026 ci il tarixindən məni işə buraxmırlar. Səbəbini soruşduqda isə, işimin ixtisara düşdüyündən sizi işdən çıxarmışıq deyirlər.
Mənim işlədiyim telefonçu şöbəsində dörd nəfər idik. Üç nəfəri işlə təmin ediblər, lakin mənə isə yox deyirlər və ✅Füzuliyə rayonuna göndərirlər. Orada işləməyimi istəyirlər. Mən isə ✅ikinci qrup əlili olduğumdan evdən uzaqda işləyə bilmirəm. Səhhətim və ev şəraitimə görə orda işləyə bilmərəm.
Artıq dərəcədə Sizlərdən xahiş edirəm mənim öz işimə - Mingəçevir şəhər Qaz İstismar İdarəsinə qaytarılmasına köməklik edəsiniz. Çünki evdə ailəmi dolandırmaq mənim öhdəliyimə düşür..."

Geri qayıt