Əsas Səhifə > Manşet / Cəmiyyət > Şöbədə mühəndis var, seçim başqa yerdən edilir
Şöbədə mühəndis var, seçim başqa yerdən edilirBu gün, 13:48 |
|
SOCAR Azəriqaz İB Lənkəran RQİİ-nin Rejimlərə nəzarət və dispetçer şöbəsinin rəisi 65 yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. "DİA-AZ" bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabına istinadən xəbər verir.
Məlumatda daha sonra deyilir: "Həmin şöbədə uzun müddətdir çalışan və vəzifənin funksional istiqamətinə uyğun fəaliyyət göstərən 2 mühəndis olmasına baxmayaraq, mövcud qaydalara və SOCAR standartlarına əsasən namizəd seçiminin ilk növbədə həmin əməkdaşlar arasında aparılması gözlənildiyi halda, aidiyyəti olmayan başqa bir şöbədən mühəndisin namizəd kimi irəli sürüldüyü bildirilir ?!.
Bu yanaşma kollektiv arasında təəccüb və narazılıq yaradıb. Çünki illərlə həmin sahədə çalışan mütəxəssislərin təcrübəsi və peşə hazırlığı nəzərə alınmadan başqa istiqamətdən namizəd seçilməsi obyektivlik baxımından suallar doğurur..."
Geri qayıt |