Əsas Səhifə > Manşet / Sosial > "Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..."

"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..."


Bu gün, 10:52

Keçən günlərdə “Neftqaztikinti” trestinin işçiləri adından "DİA-AZ"a daxil olan müraciəti təqdim etdik. Müraciətdə narazı fəhlələr sosial durumlarının ağır olmasından gileylənərək SOCAR Prezidenti Rövşən Nəcəfdəın konkret tələblərinin olduğunu da ifadə etmişdilər. Onlar “Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevin yarıtmaz fəaliyyətini irəli sürərək onun yerinə daha səriştəli və bacarıqlı kadrın gətirilməsini istəmişdilər.

Qeyd edək ki, bu məlumatı paylaşdıqdan sonra iddia olunanlarla bağlı cavab vermək əvəzinə Qağaməli Seyfullayev fərqli davranmağa üstünlük verdi və bizə aid sosial şəbəkələrdə  "Qağaməli Seyfullayev layiqli kadrdır" kimi fikirləri deyən trollarının rəy hücumlarını təşkil etdi. Bununla sanki reallıqdakı eybəcərliklər ört-basdır olunmuş oldu. Hər halda, SOCAR rəhbərliyi bütün baş verənlər barədə gerçək bilgilərə malikdir. Biz isə işçilərin hazırki durumlarını əks etdirən daha bir neçə giley dolu müraciəti təqdim edirik.

“Neftqaztikinti” trestinin işçisi olan Mehman Mehmanlı özünün sosial şəbəkə hesabında yazır: "25 illik stajım var. Amma buna qarşılıq olaraq qəpik-quruş alırıq. Həç neə... Tək ümidimiz Allahdır. Allah böyükdür... Allah kərimdir..."

“Neftqaztikinti” trestinin işçisi olan Teymur Məmmədli özünün sosial şəbəkə hesabında belə yazır:

"18 ildir ki, dənizdə çalışıram. 4-cü dərəcə ilə... Atam da orda faciəvi şəkildə dünyasını dəyişdi... OLduqları gəmi körpüyə dəydikdən sonra baş verən qəzada öldü.

Mənə dərəcə verilmir. Amma vakansiya olanda əgər 3 nəfər çağrılırsa, onlardan biri keçməlidir, 2-si qalmalıdır... Təbii ki, müsahibədən keçən də rəhbərliyin adamı olur. Adamın yoxdursa, dərəcə belə almaq imkansızdır..."

Məsələ diqqətimizdədir...


Geri qayıt