Əsas Səhifə > Manşet / Siyasət > 2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI?
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI?Bu gün, 10:11 |
|
Biz isə "DİA-AZ" olaraq SOCAR-a aid daha bir qurumdan anoloji gileyini diqqətinizə təqdim edirik. SOCAR Geologiya və Geofizika idarəsinin işçisi Zaur Dadaşov NHMT-nin sosial şəbəkə hesabında ictimailəşdirdiyi müraciətində belə deyir: "2008-ci ildə SOCAR-da 40 faizlik artım qərarı olsa da, bu qərar SOCAR Geologiya və Geofizika idarəsinin işçilərinə şamil olunmadı.
Bu səbəbdən də mühəndis və fəhlələrin gəlirləri arasında BÖYÜK FƏRQ YARANDI...
Bu ədalətsiz münasibət bonus və peşəkarlıq ödənişlərində də davam edir və kəskin fərqlənir. Xüsusilə şirkətdə Geologiya və Geofizika idarəsinin işçilərinin əməkhaqqılarının artırılması çox vacibdiur. Az maaşla çox iş görürlər. 40 faizlik artımın isə vaxtında verilməməsinə görə araşdırma aparılmalıdır və günahkarlar məsuliyyətə cəlb olunmalıdır, izahat verməlidirlər ki, niyə ayrıseçkilik olunub.
Eyni zamanda fəhlələrə çatası pullar da hesablanıb ödənməlidir..."
Məsələ diqqətimizdədir...
Geri qayıt |