Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...”
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...”Bu gün, 14:30 |
|
"Peşəkar dedikdə işini vicdanla və yüksək səviyyədə görən insan başa düşülür — istər qaynaqçı olsun, istər usta, istər fəhlə, istərsə də, mühəndis! Peşəkarlar qaz iyi gələn yerdə yox, ətir iyi gələn kabinetlərdə var?" "DİA-AZ" xəbər verir ki, bu ifadələr Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının SOCAR prezidenti Rövşən Nəcəfə ünvanladığı müraciətdə yer alıb.
Qeyd edək ki, sözügedən müraciətin müəllifi olan SOCAR işçiləridir və NHMT sədri SOCAR prezidentindən işçilərin haqlı tələblərinə, suallarına cavab verməsini istəyir.
Müraciətdə daha sonra deyilir: "Son aylarda SOCAR Azəriqaz İB sistemində “əlavə peşəkarlıq” mövzusu işçilər arasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə idarəetmə aparatında, departament rəhbərliklərində və bəzi mühəndis heyəti arasında bu əlavələrin necə və kimlərə verilməsi ciddi suallar doğurur.
Maraqlıdır ki, yağışda, palçıqda, qaz sızmasının içində çalışan qaynaqçı, qəza zamanı həyatını riskə atan çilingər, illərlə istehsalatın yükünü daşıyan fəhlə “adi işçi” olaraq qalır. Sizin gözününz bu qədər bağlıdır ki? Ay özünü peşəkar hesab edən rəhbərlər görmüsüz ki 1000 dən cox abonentə xidmət edən Satış xidməti üzrə çalışan çilingərlərin gördüyü işlərin siyahısı isə heç də kiçik deyil:
- hər ay sayğac göstəricilərinin oxunması, hər 3 aydan bir texniki baxışların keçirilməsi, ödəniş etməyən abonentlərin qaz təchizatının dayandırılması, qaz sızmalarının qarşısının alınması, sayğac dəyişiklikləri və digər ağır, məsuliyyətli işlər.
Üstəlik bütün bunlar həm fiziki, həm də təhlükəsizlik baxımından ciddi risk altında həyata keçirilir. Amma universitet diplomunun mürəkkəbi hələ qurumamış bəzi şəxslər və ya tamam başqa sahədən gəlib birbaşa kabinet mühəndisi olanlar qısa müddətdə
Belə görünür ki, peşəkarlıq artıq iş təcrübəsi ilə yox, kondisionerli otağın yerləşdiyi mərtəbə ilə ölçülür.
Ən maraqlı məqam isə budur ki, bu əlavələrin hansı kriteriyalar əsasında verildiyini soruşanda ortada nə konkret mexanizm görünür, nə də şəffaf izah. Halbuki peşəkar dedikdə işini vicdanla və yüksək səviyyədə görən insan başa düşülür — istər qaynaqçı olsun, istər usta, istər fəhlə, istərsə də mühəndis.
Əgər “əlavə peşəkarlıq” həqiqətən peşəkarlığa görə verilirsə, o zaman istehsalatın ən ağır yükünü çəkən insanların adları niyə siyahılarda görünmür?
Yox əgər məsələ başqa meyarlarla ölçülürsə, onda buna “əlavə peşəkarlıq” demək bir az çətin görünür. Daha uyğun variantlar da tapmaq olar:
“rəhbərliyin simpatiya paketi”,
“kabinet komfort əlavəsi”
və ya “tanışlıq əsasında yüksək peşəkarlıq mükafatı”..."
Geri qayıt |