Əsas Səhifə > Manşet / Hadisə > AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR...

AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR...


Bu gün, 10:39

Son günlər SOCAR "Azəriqaz" İB-nin strukturlarında müşahidə olunan ixtisar dalğası böyük narazılıqla müşaiyət olunmaqdadır. "DİA-AZ" vurğulayır ki, 6 ildir maaşları yerində sayan SOCAR işçiləri üçün bu növbəti ixtisara salma siyasəti də əlavədən zərbə rolunu oynadı.

Qeyd edək ki, sözügedən problem Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında geniş müzakirə olunmaqdadır. "DİA-AZ" olaraq bəzi işçi rəylərini diqqətinizə təqdim edirik ki, məsələ barədə dolğun bilgilənək... Beləliklə...

Elmin Rəhimov adlı işçi yazır: "Azəriqaz İB təmir tikinti idarəsi bu qədər işçini çölə tökərək işsizlik problemi yaratmış oldu. Bütün hər yerdə hara gedirsən, sanki fəhlə yox, onunla bərabər mühasib, rəhbər işlərini də görməlisən... Qarşılığında isə aylıq maaş 550 manatdır. Bu maaşla bütün məsuliyyətinlə də cavab verəcəksən bütün işlərə... Belədir bunlar... Bilərəkdən sanki işçiləri "məhv etmək siyasəti" həyata keçirirlər... Mənim uşaqlara yazığım gəlir... Onsuz da bizim ömrümüz insan ömrü sayıla bilməz... Ümid Allahadır..."
Melahet Huseynova adlı işçi yazır: "Yazıqlar olsun...Yazıqlar olsun bu gün xalqın düşdüyü vəziyyəti görməyən gözlərə, yazıqlar olsun xalqın səsini eşitməyən qulaqlara. Bu gün SOCAR-ın, AZƏRİQAZ-ın gözü kor, qulağı kar olub. Əlbət bir gün gələr, onların da gözünü, qulağını açan tapılar..."
Yusif Hajiyev adlı işçi də fikrini belə ifadə edir: "İllər öncə işlədiyim "Azəriqaz"ın sahəsində bütün sənəd işlərinin elektronlaşmasına çalışırdım. Həm kağız A 4 asılılığından maksimum qurtarmaq üçün, həm də digər işlərimdə də istəyirdim müasir texnologiyanı tətbiq edim işimə. Sahəmizin bir rəisi var idi... Hər həftə məni çağırırdı ki bəs Sosial şəbəkələrdə trolluq et, gir rəhbərliyə tərif yaz... Əks fikir yazanlara cavab ver... Deyirdim, bu mənlik deyil... qatığa qara deyə bilmərəm...."
Məsələ diqqətimizdədir...

Geri qayıt