Əsas Səhifə > Manşet / Hadisə > “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR...
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR...Bu gün, 08:43 |
|
“Azəriqaz” qazla işləyən su qızdırıcılarını mənzillərdən niyə çıxarır??
Bir neçə gündür “Azəriqaz” İB Nazirlər Kabinetinin. qaydalarına bəhanə edib, qazla işləyən axımlı su qızdırıcılarının (pitiminutka və ya "şopen") birbaşa hamam otağında quraşdırılması qəti qadağan edirlər.
"DİA-AZ"ın yerli bürosunun xəbərinə görə, onlar ev-ev gəzib "Təhlükəsizlik üçün cihaz mətbəxdə (və ya başqa qeyri-yaşayış otağında) quraşdırılmalı, yanmayan divardan ən azı 2 sm aralı olmalı və tüstü bacasına qoşulmalıdır" deyib insanların qaz xəttini kəsirlər.
Bu da hamısı deyil...
Mingəçevir Şəhər Nizami küçəsi 4B mənzil 44-də yaşayan Əliyev Rasim İsmayil oğlu , Mingəçevir Şəhər Qaz İdarəsindən şikayət edərək bildirir ki, adıçəkilən ünvanında yaşayan 78 yaşlı qoca anasına heç bir qabaqcadan xəbərdarlıq edilmədən - özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən bir xanım məhkəmə qərarı olmadan evin "pitiminutka"sina blok qoyulmuşdur.
Vətəndaş bu faktı qanunsuz adlandıraraq əlaqədar qurum və şəxslərin kömək göstərməsini xahiş edir...
Məsələ diqqətimizdədir...
Geri qayıt |