Əsas Səhifə > Manşet / Hadisə > Neçə gündür ki, içməli su küçəyə axıdılır...

Neçə gündür ki, içməli su küçəyə axıdılır...


Bu gün, 07:37

"Şikayətim "Azərsu"dandır. Su borusunun partlaması və müdaxilə edilməməsi ilə bağlı narazılığım var..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Almara adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Bildirirəm ki, yaşadığım ərazidə - Xırdalan şəhəri, S. Bəhlulzadə küçəsində su borusu partlamışdır və nəticədə əraziyə su axını davam edir.
 Bununla bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, hələ də əməkdaşlar tərəfindən baxış və təmir işi aparılmamışdır.
Yaranmış problem həm sakinlər üçün ciddi narahatlıq yaradır, həm də su itkisinə səbəb olur. Dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, məsələ həll olunmamış qalır. Artıq 3 gündür....
Sizdən xahiş edirəm ki, problemin aradan qaldırılması üçün təcili tədbir görülsün..."
Video BURADA: baxmaq üçün TIKLAYIN...

Geri qayıt