Əsas Səhifə > Manşet / Sosial > Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU

Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU


Bu gün, 06:47

"Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin sosial şəbəkələrdə yaydığı yeni reklam çarxında "tiktoker" Anar Orucov və qardaşı Tural Orucov rol alıb.

32gun.az xəbər verir ki, reklamda "4 + 4" tirajlı lotereyasının təbliği aparılır və izləyicilər uduş şansı üçün qurumun rəsmi saytına yönləndirilir.

Xatırladaq ki, ötən ilin noyabrında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, eləcə də Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz qumar oyunlarını reklam edən şəxslərə qarşı birgə tədbir keçirib.

Keçirilən əməliyyat zamanı qanunsuz mərc oyunlarını reklam etdiklərinə görə saxlanılan 17 nəfər influenser arasında tiktoker Anar Orucov da var idi. Həmin vaxt Anar Orucov özünə məxsus sosial şəbəkə hesablarında qanunsuz mərc saytlarını reklam etdiyini etiraf etmişdi.


Geri qayıt