Əsas Səhifə > Manşet / Gündəm > “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıbBu gün, 04:42 |
|
Bakının tanınmış yaşayış komplekslərindən olan “Azure Residence” (Meafun) bu günlərdə təkcə komfort deyil, həm də “qanunların necə işləmədiyi”nin canlı nümunəsinə çevrilib. Edliyyeinfo.az-a müraciət edən sakinlərin şikayətindən sonra redaksiya əməkdaşları hadisə yerində olub, çəkiliş aparıb və ortaya çıxan mənzərə açıq desək, heç də ürəkaçan deyil. Sakinlər binanı idarə edən Güvənli Servis Management MMC və əlaqəli şəxslərin fəaliyyətindən narazıdır. Onların iddiasına görə, qərarlar sakinlərin iradəsi nəzərə alınmadan qəbul edilir və vəziyyət getdikcə daha da gərginləşir. Sakinlər arasında səslənən iddialardan biri də odur ki, adı hallanan Babək Babayev məmur qohumuna arxayın olduğu üçün vəziyyətə bu qədər rahat yanaşır. Onların fikrincə, məhz bu “rahatlıq” məhkəmə qərarına baxmayaraq əvvəlki fəaliyyətin davam etdirilməsinə şərait yaradır. Amma fakt budur ki, bir tərəfdə məhkəmə qərarı, digər tərəfdə isə dəyişməyən reallıq var. Arada isə 324 ailə qalır. Sakinlər tərəfindən son dəqiqə verilən məlumata görə, medianın gəlişini eşitdikdən dərhal sonra qarajın işığı yandırılsa da Babək Babayevin tapşırığı ilə bəzi şəxslərin giriş kartları bloklanıb. Qeyd edək ki, sakinlər məhkəmə qərarının icra olunmadığı üçün məsələ məhz bura qədər gəlib çıxdığını deyirlər. Məhkəmə qərarının icra olunmaması isə bütöv bir yaşayış binasının yüzlərlə sakinlərini dövlətin qurumları və qanunları ilə üz-üzə qoyur. Qanunların icrası mı zəifdir, Babək Babayevin “qoruyucu mələyi”mi güclüdür aidiyyəti dövlət qurumlarıın məsələdən xəbərdar olmasından sonra bəlli olacaq. Geri qayıt |