Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > "Niyə insanların şikayətlərinə baxmırsınız?!"
"Niyə insanların şikayətlərinə baxmırsınız?!"Bu gün, 10:46 |
|
"Quliyev Ruslan Məmməd oğlu hazırda "Umbakı cəhənnəmi"ndə cəza çəkir...." "DİA-AZ" xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədova müraciətində tanınmış jurnalist Əvəz Zeynallı qeyd edərək Umbakı qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində yaşananlardan gileylənir, naziri təcili müdaxilə etməyə səsləyir.
Əvəz Zeynallı nazirə ünvanlanmış müraciətində bildirir: "Bu haqda bir dəfə yazmışdım - aclıq etdi, 17 gün aksiya davam etdi, ancaq kimsə vecinə almadı. İndi də Ruslan əziyyət çəkir. Şikayət edir, nə kimsə şikayətlərinə baxır, nə də yazdığı ərizələri Umbakı cəhənnəmindən kənara çıxmağa imkan vermirlər. Məhkəmə ərizələri, səlahiyyətli qurumlara müraciətlər, hətta Ombudsmana göndərilməli olan məktublar belə dəftərxana rəisinin senzurasından keçmir. Umbakıdan kənara heç bir müraciət-ərizə buraxılmır. Rasim adlı dəftərxana rəisi tam bir "dəli domrulluq" edir.
Qalır yenə Penitensiar Xidmətə və nə etdiyini bilməyən Ədliyyə Nazirliyinə. Niyə insanların şikayətlərinə baxmırsınız?! Axı özünüzün də oralara getməyiniz istisna deyil...
Bəs Ombudsman?!"
Geri qayıt |