Əsas Səhifə > Manşet / Hadisə > Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA...
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA...Bu gün, 10:17 |
|
Sosial platformanın lentini çevirirsiniz: Öncə və sonra fotoları, inanılmaz dərəcədə ucuz qiymətlər, “Rinoplastika cəmi 800 manat”, “Blefaroplastika 200 manat”, “Liposaksiya şok endirimlə”. Ekran arxasında oturan sadəlövh vətəndaş, bəlkə də komplekslərindən qurtulmaq istəyən xanımlar düşünür: Niyə də yox? Amma o bilmir ki, o parıltılı reklamın arxasında tibb universitetinin qapısından belə girməmiş, anatomiyadan xəbərsiz, əlində skalpel tutan bir qəssab dayanır.
Ən dəhşətlisi saxta həkimin varlığı Bir insan özünü həkim kimi təqdim edir, kəsici alətlərlə insanların bədəninə müdaxilə edir, amma rəsmi cavab belə olur: “Vətəndaşdan şikayət daxil olmayıbsa həmin saxta həkim haqqında tədbir görə bilmirik”. Şikayət edə biləcək adamın sağ qalacağına kim zəmanət verir? Analitik Ekspertiza Mərkəzi bu kimi şəxslərə göz yumması müammalıdr. Məsələ ilə bağlı Səhiyyə Nazirliyini Analitik Ekspertiza Mərkəzinə sorğu verilib. XALQ.online Geri qayıt |