Əsas Səhifə > Manşet / Gündəm > Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa...

Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa...


Bu gün, 06:02
"Hesablama Palatası Qarabağdakı tikintilərlə bağlı nöqsanlar aşkar edib. Hansısa bir vətəndaş çıxıb evlərlə bağlı problemi danışır, aradan bir qədər keçmir, həmin adamın "üzr videosu" yayılır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Nicat adlı Mingəçevir şəhər sakini qeyd edib.
Narazı vətəndaş daha sonra bildirir: "Biri çıxıb yaşadığı şəhər — Mingəçevir haqqında vəziyyəti danışır, səhərisi gün üzr videosu yayılır ki, "Mingəçevirdə hər şey əladır". Bir günə Mingəçevir Las-Veqas oldu? Kordu camaat?
Bizdə vəziyyət heç də ürəkaçan deyil. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevirdə özünə xanədan qurub. Bir-iki binanın zirzəmisində, "podyezd"ində aparılan təmir işləri isə onun üçün əsl yeyinti yeridir.
Beləcə şəhərimiz günbəgün boşalır. Bir azdan başçı "sağmağa" adam tapmayacaq.
Üzr istəməyə gəlincə isə... Mingəçevirdə əgər üzr istəyəsi bir nəfər varsa, o da İlham İsmayılovdur... Gül kimi şəhəri xaraba günə qoyması səbəbindən..."

Geri qayıt