Əsas Səhifə > Manşet / Sosial > Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ...

Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ...


Bu gün, 07:51

Qax rayonunda keçmiş icra başçısından qalma köhnə korrupsioner məmurlar barədə məlumatlarımız davam edir. "DİA-AZ" olaraq növbəti "qəhrəmanı" diqqətinizə təqdim edirik... Beləliklə...
Şəkildəki şəxsi yəqin Qaxda çoxları tanıyır. Tanımayanlar üçün bildirək: keçmiş Ləkit bələdiyyəsinin sədri, indiki Qum bələdiyyəsinin sədr müavini Abdulla Kazımovdur. 
 Bu şəxs əvvəlki vəzifəsində - Ləkit bələdiyyəsinin sədri olduğu zaman digər kənd vəzifəli şəxsi ilə əlbir olaraq bələdiyyəyə məxsus torpaqları "dədə malları" kimi istifadə ediblər. Satanı satıb, qalan torpaqları isə öz şəxsi istifadəsinin sərəncamına verib. Ləkit-Kötüklü və Lətik-Malax kəndlərinin örüş sahələrini sataraq qanunsuz gəlir əldə etmişdir. Bu qanunsuz əməlləri azmış kimi son bələdiyyə seçkilərində min oyundan çıxaraq, min cür saxakarlıq edərək özünü bələdiyyə üzvü kimi təyin etdirə bilib. Son bələdiyyə üvzlüyü zamanında heç bir fəaliyyət göstərmədən maaş alır. Bələdiyyədə olan bu şəxslərin "daydayı" keçmiş icra başçısı idi. İndi o yoxdur. Görəsən, yeni Qax rayon İcra Hakimiyyəti başçısı niyə bunların fəaliyyətini araşdırmır? Bunların qanunsuz əməlləri nə vaxta qədər davam edəcək?"

Geri qayıt