Əsas Səhifə > Manşet / Siyasət > Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM

Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM


Bu gün, 08:30

İşləri kifayət qədər yaş olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun rəhbəri olduğu istiqamətdə işlər olduqca acınacaqlıdır. Bu barədə "DİA-AZ"a daxil olan məlumatda bildirilir ki, "yuxarı" instansiyaların bunca çabalarına rəğmən hələ də penitensiar xidmət BAZARI xatırladır.

"DİA-AZ" danışan mötəbər mənbə konkret ad və ünvanı göstərərək ağır ittihamlar səsləndirib. Biz iddia olunanların ciddiliyini nəzərə alaraq ad və ünvan açıqlamadan məlumatı təqdim edirik:

"İstintaq Təcridxanalarından birində olan keçmiş məhkumlardan biri mesaj bölümümüzə yazır ki, onun olduğu həbsxanada günü bu gün də aşkar şəkildə narkotik satılır. Belə ki, həmin satışın həyata keçirildiyi kamera isə məhkum geylərin, sanitarların, üzdəniraqların kamerasıdır. Narkotik həmin kameraya verilir, digər kameralardakı məhkumlara lazım olduqda növbəyə çıxan nəzarətçilərə deyirlər. Nəzarətçi isə həmin kameradan götürərək digər kameralara dağıdır.

Qiymətlər isə 50 manatdan başlayır. Narkotiki başqa kameraya aparan nəzarətçinin ödənişi də ayrıdır.
Bu satış birbaşa rəisin nəzarətindədir..."
Bir daha xatırladırıq ki, bizdə barəsində iddia irəli sürülən təcridxana barədə dolğun bilgilər var.
Mənbə bildirir ki, əslində narkotik satışı bu gün bütün cəzaçəkmə müəssisələrində həyata keçirilir. Hər halda bu faktlar hörmətli Mirsaleh Seyidov cənablarına da məlumdur. Yox, deyirsə, bilmirdi... o zaman indi bilmiş oldu. Eləcə də Ədliyyə Nazirliyi rəhbərliyi...
Məsələ diqqətimizdədir... Əlavə bilgilərimiz olacaq...

Geri qayıt