Əsas Səhifə > Manşet / Cəmiyyət > AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB”

AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB”


Bu gün, 10:29

"Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları bir tanışımızın marketinə 1500 manat cərimə yazıb..." "DİA-AZ" xəbər verir ki, bu etiraz dolu açıqlama ilə tanınmış jurnalist Elçin Rüstəmli çıxış edib.
Rüstəmli daha sonra postunda fikrini belə davam etdirir: "Səbəb: sizdən anonim şikayət var, vaxtı ötmüş mal satmısız. Amma otada nə hənin mal var, nə də şikayət, amma cəriməni yapışdırıb gediblər.
Başqa bir marketi də südlə qatığı eyni soyuducuya qoymağa görə eyni məbləğdə cərimələmişdilər.
Məncə, AQTA sədri, üzündən nur tökülən Qoşqar müəllim (AQTA rəhbəri Qoşqar Təhməzli nəzərdə tutulur -red.) şəxsən bilsə, insaflı davranardı. Neynəsin, agentliyin bəzi əməkdaşları 5-3 manat qazanan sahibkarlara qarşı çox acımasızdılar..."

Geri qayıt