Əsas Səhifə > Manşet / Ölkə > Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT...

Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT...


Bu gün, 15:34
Naxçıvanda ümumi uzunluğu 94 kilometr olan kəndlərarası avtomobil yollarının təmirinə 18,6 milyon manat ayrılıb. Bu isə hər kilometr üçün təxminən 200 min manat deməkdir. Təmir işləri ilə bağlı tender elan olunsa da, hələlik qalib podratçı müəyyən edilməyib.
Kənd yollarının daha ensiz olması və daha az texniki tələblərlə inşa edilməsi nəzərə alındıqda, ayrılan vəsaitin yüksək olduğu barədə fikirlər səslənir. Bəzi qiymətləndirmələrə görə, bu tip yolların təmiri üçün hər kilometrə təxminən 100 min manat kifayət edir.
Bu arada, “Gündəlik Naxçıvan”a şikayət edən bir qrup sahibkar Naxçıvanda tikinti tenderlərində korrupsiya olduğunu iddia edib. Onların sözlərinə görə, belə tenderlərin qalibi olmaq üçün ümumi məbləğin 25 faizi prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilova verilməlidir.
Bu iddialar fonunda ayrılan vəsaitin nə dərəcədə səmərəli xərclənəcəyi ilə bağlı suallar yaranır.
Layihə Culfa və Babək rayonlarının kənd yollarını əhatə edir. Rəsmi məlumatda işlər “əsaslı təmir” kimi təqdim olunsa da, görüləcək işlərin konkret həcmi və detalları açıqlanmayıb.

Geri qayıt