Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR...
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR...Bu gün, 14:33 |
|
"Paytaxt küçələrini addım-addım "mühasirəyə alan", hər boş qarış torpağı ödənişli dayanacağa çevirən "Azparking" və onun rəhbəri Anar Rzayev ətrafındakı qaranlıq buludlar getdikcə qatılaşır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Sima Babayeva qeyd edib.
O daha sorna fikrini belə davam etdirir: "Vətəndaşın cibinə birbaşa əl uzadan bu qurumun rəhbərliyi, topladığı milyonların hesabatını vermək əvəzinə, sanki "sualsız toxunulmazlıq" zirehinə bürünərək mediadan qaçmaqla məşğuldur.
Anar Rzayev bu günə qədər nə bir mətbuat konfransı keçirib, nə də ictimaiyyət qarşısına çıxıb şəffaf hesabat verib.
Bakının hər küncündə sürücüləri "haqq" ödəməyə məcbur edən bir rəhbərin mediadan bu qədər qorxmasının səbəbi nədir?
Əgər ortada şəffaf fəaliyyət varsa, bu pulların hara xərcləndiyi, dövlət büdcəsinə nə dərəcədə daxil olduğu niyə gizli saxlanılır?
Media nümayəndələrinin yaxın düşə bilmədiyi bu "qala" kimin maraqlarını qoruyur?
Şübhəli Əlaqələr: Axtarışda olan İlqar Hacıyev və Avropa İzi
Anar Rzayevin adı ətrafında gəzən iddialar sadəcə idarəetmə qüsurları ilə bitmir.
Baş Prokurorluğun axtarış siyahısında olan, dövlət əleyhinə fəaliyyəti ilə tanınan "Akkord"un keçmiş rəhbəri İlqar Hacıyevin evinin alınması məsələsində Rzayevin adının hallanması, məsələnin siyasi və milli təhlükəsizlik tərəflərini ortaya qoyur.
Dövlətə qarşı çıxan, xaricdə sığınacaq tapan şəxslərlə Anar Rzayevin hansı gizli telləri var?
Bu əlaqələr sadəcə biznes sövdələşməsidirmi, yoxsa burada "Azparking"dən gələn vəsaitlərin xaricdəki müəyyən dairələrə ötürülməsi şübhəsi yaranır?
Bütün bu suallar fonunda ən böyük məsuliyyət AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) rəhbərliyinin üzərinə düşür. Belə bir qalmaqallı reputasiyaya malik, adı "qara siyahı"larda keçən şəxslərlə biznes əlaqələrində hallanan və ailə daxili nəhəng şirkətləri ilə dövlət işi arasında maraqlar toqquşması yaşayan bir şəxs niyə hələ də qorunur?
AYNA rəhbərliyi bu "qoruma çətiri"ni hansı maraq çərçivəsində saxlayır? Şəhərin nəqliyyat siyasətini idarə etməli olan bir qurumun, öz rəhbər kadrının qaranlıq əlaqələrinə göz yumması, həmin qaranlığa ortaq olmaq demək deyilmi?
Anar Rzayev və onu o postda saxlayanlar anlamalıdırlar ki, xalqın pulu ilə qurulan "parkinq imperiyası" heç kimin şəxsi gəlir mənbəyi və ya xaricdəki şübhəli şəxslərlə maliyyə körpüsü ola bilməz.
Toplanan milyonlar hara gedir?
Axtarışda olan şəxslərlə əlaqələriniz hansı səviyyədədir?
Vəzifə səlahiyyətlərindən öz ailə şirkətləriniz üçün istifadə edirsinizmi?
Sükut hər zaman razılıq əlaməti deyil, bəzən cinayətin etirafıdır. Media olaraq bu mövzunu diqqətdə saxlayacaq və AYNA-nın bu "sirli" kadrı ilə bağlı həqiqətləri ictimailəşdirməyə davam edəcəyik..."
Geri qayıt |