Əsas Səhifə > Manşet / Cəmiyyət > İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ

İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ


Bu gün, 10:32

44 günlük Vətən müharibəsinin iştirakçısı, I qrup qazi Məhəbbət Qurbanlı müraciət edərək üzləşdiyi ciddi problemləri diqqətə çatdırıb. O bildirir ki, müharibə zamanı sağlamlığını itirməsinə baxmayaraq, bu günə qədər müalicə və müayinə ilə bağlı dövlət tərəfindən lazımi dəstək ala bilmir.

"DİA-AZ" xəbər verir ki, qazinin sözlərinə görə, dözülməz ağrılar içindədir. Lakin Ağdam Rayon Mərkəzi Xəstəxanasında ona nə tibbi yardım göstərilir, nə də şikayətləri dinlənilir. Hər iki ayağını itirdiyini deyən Məhəbbət Qurbanlı bildirir ki, ona sağlamlığının bərpası üçün lazım olan dərmanları Günel Abdulqadir qərəzli şəkildə almasına mane olur.

O qeyd edir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, heç bir nəticə əldə olunmayıb. Qazi ölkə Prezidentinə və müvafiq qurumlara səslənərək, Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Günel Abdulqadir barəsində tədbir görülməsini və ona lazımi tibbi yardımın göstərilməsini xahiş edir. 


Geri qayıt