Əsas Səhifə > Manşet / Sosial > 26 milyon manat hardadır: BİR SORUŞUN...

26 milyon manat hardadır: BİR SORUŞUN...


Bu gün, 06:40

Redaksiyaya daxil olan məlumata görə, vaxtilə Bakı səhiyyəsində ad çıxarmış 5 saylı Xəstəxana üç ilə yaxındır əsaslı təmirə dayandırılıb, bütün işçilər pərən- pərən salınıb. Bu təmirə ilkində 19 milyon 640 min manat büdcədən vəsait ayrılmışdır… Amma indiyədək təmirin heç yarısı görülməyib, personal həsrətlə işlərin başa çatdırılmasını gözləyir… Və yarımçıq işlərin başa çatdırılması üçün pul qalmayıb. Həkimlər göz yaşı içində belə yazırlar… Sitat: “…Xəstəxananın balansında olduğu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun başı fərqli işlərə qarışdığından bu illər ərzində bu boyda xəstəxananın təmirini belə unudub, TƏBİB- in artıq keçmiş rəhbərliyi ilə dostluğu hər şeyi bir kənara atıb. Biz həkimlər didərgin günə qalmışıq… Halbuki o qədər pula yeni bir xəstəxana kompleksi tikmək olardı. 2025- ci ilin may ayında istismara təhvil verilməli olan xəstəxanaya əlavə 10 milyon manat da pul ayrılıb… İndiyədək 26 milyon manat pul xərclənib, amma mütəxəssislər açıq deyirlər ki, bura maksimum 10-12 milyon manat pul xərclənib. Biz nə vaxta kimi gözləməliyik? Bəs Hesablama Palatası niyə bu məsələni də araşdırmır? Yaxud, Baş Prokurorluqda bunları bilmirlərmi??? Cənab Prezidentə bunları çatdırmaq lazımdır…”.
Sitatın sonu.
Daha dəhşətli faktlar təqdim edilib, araşdırmamız davam edir… Əlavə məlumat veriləcək.
tezadlar.az

Geri qayıt