Əsas Səhifə > Manşet / Sosial > Araz qırağının əcəb ZİBİLGAHI VAR...
Araz qırağının əcəb ZİBİLGAHI VAR...Bu gün, 10:13 |
|
"Bura Sabirabad rayonudur. Araz çayının qolu. Ətrafda tullantıların miqdarı o qədər çoxdu ki..." "DİA-AZ" xəbər verir ki, aşağıdakı fotoları göndərən oxucular həyəcan təbili çalaraq aidiyyatı qurumları gərəkən tədbirləri görməyə çağırır.
Sakinlər bildirir: "Vəziyyət o qədər acınacaqlıdır ki, pis qoxudan əraziyə yaxın durmaq olmur. İllər öncə bura zəhərli su da tökdülər, balıqlar kütləvi şəkildə qırıldı. Quşlar da azalıb. Bir sözlə... buralar tam bir EKOLOJİ FACİƏ ÜNVANIDIR..."
"DİA-AZ" olaraq bildiririk ki, belə bir dönəmdə ölkədə vacib əhəmiyyətli şirin su hövzələrinə bu qədər diqqətsiz yanaşma qəbul edilməzdir...
İstər ətraf mühit cəhətdən, istərsə də insan sağlamlığı cəhətdən mövcud problemlər narahatedicidir.
Və ümid edirik ki, başda Ekologiya və Təbii Sərvətlər Nazirliyi olmaqla, digər qurum və cavabdeh şəxslər lazımi addımları dərhal atacaq...
Məsələ diqqətimizdədir...
Geri qayıt |