Əsas Səhifə > Manşet / Gündəm > Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib?

Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib?


Bu gün, 07:27

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun 2 ilə yaxın lisensiyasız tibbi fəaliyyət göstərdiyi deyilən (?) "Buzovna” Fizioterapiya Mərkəzi filalının Fuad adlı baş tibb qardaşı məni hədələyir..." "DİA-AZ " xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Ədil Hüseynli yazıb.
O daha sonra fikrini belə davam etdirir: "Deyir mənə niyə "med brat" yazmısan. Mən baş tibb qardaşıyam. 2 saylı Tibb Kollecini bitirmişəm...
Sonra da deyir ki, erməni kimi yazmısız, ermənisiz...
Təbii ki, mən adamın cavabını öz gözəl fikir və ifadələrimlə verdim..
Maraqlı bilirsiniz, nədir? Bu ölkədə savadlı, hörmətli, tərbiyəli həkimlər qala-qala belə siyasi, mədəni naşılara Sahib Məmmədov niyə obyektini həvalə edib?
Yəqin ki, bu baş tibb qardaşı orda işləyən işçilərlə, müalicə alan xəstələrlə də eyni münasibəti göstərir, eyni ifadələrlə ünsiyyət qurur.
Hər çatana "erməni" deyib keçir... Bu adamlara kimin kim olduğunu anlatmaq lazımdır.
Əslində bunu dövlətin ona böyük bir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası strukturnu etibar edib (?) həvalə etdiyi Sahib Məmmədov etməlidir. Belə adamlara deməlidir ki, başınızı, yaxud da başımızı qazanmaqdan bir az ayırıb, çox yox elə bir az da tərbiyə, ədəb ərkan öyrənin və ya öyrənək.
"Buzovna” Fizioterapiya Mərkəzində ciddi hadisələr baş verir...
Ardı mütləq olacaq!"

Geri qayıt