Əsas Səhifə > Manşet / Cəmiyyət > Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİRBu gün, 11:14 |
|
Şahbuzdakı Ahıllar Evinin əməkdaşları Ceyhun Cəlilovun evində qulluqçu kimi işləməyə məcbur edildiklərini bildirirlər. Qadınlar ev işlərinə və əkin sahələrinə, kişilər isə torpaq və bağ işlərinə cəlb olunur.
Əməkdaşların “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, buna etiraz edənlər işdən çıxarılmaq və ya maaşlarının kəsilməsi ilə hədələnirlər.
Qadın əməkdaşlardan N.M. deyir ki, onları hər səhər maşınla götürərək səhaliyyətli nüyaməndə Şahbuz şəhərindəki bağ evinə aparırlar:
“Bizim işimiz ahıllara yardım etməkdir, Ceyhun Cəlilovun evində qul kimi işlədilmək yox. Amma bizi aparıb onun bağında ev işlərinə, təmizliyə, yemək bişirməyə məcbur edirlər.
Hətta əkin sahələrində alaq işlərini belə gördürürlər. Bu vaxtda isə qulluğunda durmalı olduğumuz ahıllar baxımsız qalır, köməyə ehtiyac olanda yanlarında ola bilmirik.
Biz yoxuq deyə xəstə olan ahıllar dərmanını vaxtında ala bilmir, təcili köməyə ehtiyac olanda yanında heç kim olmur. Biz də vicdan əzabı çəkirik, amma etiraz edə bilmirik. Çünki dərhal deyirlər ki, işdən çıxararıq, ya da maaşı kəsərik. Ona görə məcbur qalıb gedirik.”
Kişi əməkdaşlar isə daha ağır işlərdə işlədildiklərini bildirirlər:
“Səhaliyyətli nüyaməndənin bağında işləməkdən belimiz qırılıb. Şikayət edən də deyirlər ki, onun dövlət işlərinə başı qarışıb, qulluqçuya ehtiyacı var.
Biz ahıllar evində işləməyə gəlmişik ki, insanlara kömək edək, amma aparıb bizi bağda, torpaq işlərində işlədirdirlər. Bizi tez-tez torpaq qazmağa, bağ işlərinə baxmağa göndərirlər. Günlərlə bu işlərə cəlb olunuruq, halbuki bu, bizim vəzifəmiz deyil. Müəssisədə görülməli olan işlər yarımçıq qalır, ahıllar köməksiz qalır. Etiraz etsən, dərhal hədələyirlər ki, işini itirəcəksən. Məcburuq, başqa yol yoxdur.”
Məsələyə münasibət öyrənmək üçün adı çəkilən Ahıllar Evi – rəsmi adı “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi” ilə əlaqə saxlasaq da, iddialara cavab ala bilmədik.
Geri qayıt |