Əsas Səhifə > Manşet / Hadisə > 2 qəpiklik borca görə, müştərini çətinə saldılar...

2 qəpiklik borca görə, müştərini çətinə saldılar...


Bu gün, 07:11

"Noyabr ayında "Kapital bank"da kreditimi bağlamışam. Bu gün başqa banka kredit üçün müraciət etmişəm imtina gəlib, səbəbi isə "Kapital bank"a 2 qəpik borcum qalıbmış və bu da 141 gündür gecikməyə düşüb..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Və bu borc "birbank" tərbiqimdə görünmür. Görünmürsə, mən necə bilə bilərəm? Əziz "Birbank", 10 manat borcumuz 1 gün gecikən kimi bütün nəslimizə zəng edirsiz. Niyə özünüzə əziyyət verib məni məlumatlandırmamısız?

Son borcu bütün ödənişi ilə etmişəm, borc görünmürsə, tətbiqdə necə borcum qalır? Operatorunuz deyir ki, biz 5 manatdan aşağı borc üçün zəng etmirik. 2 saat araşdırandan sonra mənə deyir ki, hə 2 qəpiyiniz qalıb. Burda məsələ borcdan gedir? 2 qəpik aydın şəkildə görünür ki, texniki səbəbdən necəsə ödənməyib, sizin də yararsız tətbiqinizdə görünmür. İnsanlara ziyandan başqa heç nə vermirsiniz. Necə belə məsuliyyətsiz ola bilirsiniz ki, 2 qəpiyə görə kiməsə ziyan verəsiniz?"


Geri qayıt