Əsas Səhifə > Manşet / Siyasət > Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın...

Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın...


Bu gün, 06:49

Ramanadakı Şuşa şəhərciyində yaşayan sakinlər çətin durumla üz-üzə qalıblar. "DİA-AZ"ın məlumatına görə, sakinlərdən biri olan Nabat Məmmədova deyir ki, bir az yağış yağan kimi qara günləri başlayır. Kanalizasiya suları evlərininin içinə dolur və yaşayışlarını dözülməz edir.

 Şikayətçi deyir ki, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Vətəndaş deyir: "Evimizdə körpə uşaqlar böyüyür, həyatları təhlükədədir. Kanalizasiya suları uşaqların infeksiyaya yoluxmasına səbəb olur..."

 Vətəndaş "dia-az" vasitəsi ilə aidiyyatı qurumlara müraciət edərək, bu məsələnin həll olunmasında onlara kömək etmələrini xahiş edir. 


Geri qayıt