Əsas Səhifə > Manşet / Güney Press / Üçüncü sektor > Tanınmış memardan vergi xidmətinə ETİRAZ
Tanınmış memardan vergi xidmətinə ETİRAZBu gün, 15:13 |
|
"Sahibkar olaraq, fərdi memarlıq fəaliyyəti ilə məşğul olan biri kimi, böyük gərginliklə, sözün əsl mənasında hər şeyə qənaət edərək, ötən il üçün vergiləri - mənim üçün az olmayan bir məbləği ödədim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış memar Elçin T. Əliyev yazıb.
O daha sonra etiraz dolu müraciətini belə davam etdirir: "Vergi orqanları ilə heç vaxt mübahisə etmirəm: nə qədər hesablayırlarsa, onu da ödəyirəm. Ədalət naminə qeyd etməliyəm ki, hesablamaları doğrudur.
Mən iqtisadiyyatda güclü deyiləm, lakin hesab edirəm ki, özünə hörmət edən dövlət başqa cür davranır: əvvəlcə insana qazanc əldə etməyə imkan verir, yalnız bundan sonra isə real əldə olunmuş gəlirdən vergi tələb edir. Bu nə məntiqdir - hələ mövcud olmayan bir şeyə görə vergi necə qabaqcadan ödənilə bilər? Bəs iş olmazsa necə?
Nəticədə indi banka gedirəm və cibimdə bir qəpik belə qalmır - amma faktiki olaraq doğma dövlətimə onun xərcləri üçün faizsiz kredit vermiş oluram.
Qoy, daha bir məmur-oğru özünə restoran açsın.
Fəxr edirəm!"
Geri qayıt |