Əsas Səhifə > Manşet / Ölkə > Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR...
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR...Bu gün, 07:21 |
|
Hələ bir müddət əvvəl, məlumat verərək bildirmişdik ki, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi olmuş Fuad Nəcəfli 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin yubiley tədbirlərinin keçirilməsi adı altında dövlətdən 5 milyon manat mənimsəyib. "DİA-AZ" olaraq həmin xəbəri bir daha xatırladırıq: 2023-cü ildə Naxçıvan şəhərindəki stadionda təşkil olunan yubiley tədbirlərinə ümumilikdə 1 milyon manat vəsait xərclənib. Lakin maliyyə sənədlərində edilən saxtakarlıq nəticəsində xərclənən məbləğ 6 milyon manat göstərilib. Bu saxtakarlıqla 5 milyon manat fərqi yaranıb və həmin məbləğ Fuad Nəcəfli tərəfindən mənimsənilib. Bununla bağlı "DİA-AZ"ın əldə etdiyi son məlumatlara görə, artıq hüquq mühafizə orqanları Fuad Nəcəflini qeyd olunan faktlar üzrə sorğu-sual etməyə başlayıb. Mənbə bildirir: "Artıq hüquqi araşdırma aparılır. Bütün bunlar Nəcəflini həbsə də götürə bilər". Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin... Geri qayıt |