Əsas Səhifə > Manşet / Gündəm > Ramiz Mehdiyevdən “qəbiristanlıq əməliyyatı”

Ramiz Mehdiyevdən “qəbiristanlıq əməliyyatı”


Bu gün, 06:30

"Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda bir neçə maddə ilə ilə barəsində istintaq aparılan Ramiz Mehdiyevin vəzifədə olduğu müddətdə saysız-hesabsız daşınmaz əmlaka- villalara, ictimai iaşə müəssisələrinə, torpaq sahələrinə sahibləndiyi heç kimə sirr deyil..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Mediada bu barədə kifayət qədər təsnifatlı məlumatlar var ki, bu məlumatların hər biri Ramiz Mehdiyevin bitmək bilməyən sərvət hərisliyindən xəbər verir.

Ramiz Mehdiyevin var-dövlət hərisliyi o səviyyədə olub ki, sabiq aparat rəhbəri qəbiristanlıq ərazilərini belə zəbt etməkdən, ələ keçirməkdən özünü saxlaya bilməyib.

Çoxları üçün inanılmaz görünsə də, Ramiz Mehdiyev Administrasiya rəhbəri olduğu dönəmdə Novxanı kəndindəki yüz hektarlarla torpaq sahəsi ilə yanaşı, Novxanı qəbiristanlığına məxsus ərazinin də bir hissəsini zəbt edərək öz şəxsi əmlakına çevirib. Nəticədə, bu gün Novxanı kəndinin sakinləri öz ölülərin dəfn etməyə yer tapa bilmir, məcburiyyət qarşısında onları digər kənd və qəsəbələrdəki qəbiristnalıqlarda dəfn edirlər.

Kənd sakinləri tələb edir ki, vaxtıyla Ramiz Mehdiyev tərəfindən zəbt edilən qəbiristanlıq ərazisi geri qaytarılsın və sakinlər haqq dünyasına qovuşan yaxınlarını dəfn etmək üçün uzaq kənd və şəhərlrədə qəbir yeri axtarmaq məcburiyyətində qalmasınlar..."


Geri qayıt