Əsas Səhifə > Manşet / Ölkə > Təcili Tibbi Yardımın NƏYİ TƏCİLİDİR Kİ?
Təcili Tibbi Yardımın NƏYİ TƏCİLİDİR Kİ?Dünən, 11:45 |
|
"DİA-AZ" bildirir ki, fəaliyyəti açıq aşkar yarıtmaz olan Təcili Tibbi Yardım sistemi təkcə paytaxtda yox, elə əyalətdə də eyni qaydada işinin öhdəsindən gələ bilmir ki, bu da haqlı narazılıqlarla müşaiyəty olunmaqdadır. Hətta bəzi hallarda xoşagəlməz insidentlərə də şahidlik edirik. Elə redaksiyamıza bu barədə məlumat verən Lənkəran sakinləri bildirir ki, bir neçə gün əvvəl sözügedən rayonda vətəndaşlardan biri Təcili Tibbi Yardım xidmətinə müraciət edib. Amma çağırışa gec gəlmələri xəstənin durumunu daha da pisləşdirib. Məlumatda deyilir ki, təxminən 1 saatdan çox gecikmə olduğundan xəstə yaxınları TTY işçilərini döyüblər. Hər halda bu insident nümunə deyil, amma presedentə çevrilməkdədir ki, bu da "yuxarılar" tərəfindən mütləq nəzər alınmalıdır. Geri qayıt |