Əsas Səhifə > Manşet / Hadisə > Ağdam icra hakimiyyətinin başçısı illərdir QAZİNİN HAQQINI YEYİR

Ağdam icra hakimiyyətinin başçısı illərdir QAZİNİN HAQQINI YEYİR


Dünən, 11:24

Ağdam rayonunun Çullu kənd sakini Vəli İsmayılov bildirir ki, oğlu Sirus İsmayılov İkinci Qarabağ müharibəsi zamanı sağlamlığını itirmiş və II qrup əlillik dərəcəsi almış qazidir. "DİA-AZ" xəbər verir ki, Vəli İsmayılovun sözlərinə görə, oğlunun hüquqları pozulub və sosial vəziyyətlərinin ağır olmasına baxmayaraq, dövlət tərəfindən qazilər üçün ayrılan mənzillə təmin edilməyiblər.

O bildirir ki, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, müraciətlərinə heç bir cavab verilməyib və problemləri həll olunmayıb. Şikayətçinin iddiasına əsasən, o, Ağdam Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara etirazını bildirib, hüquqlarının bərpasını tələb edib. Lakin bu səbəbdən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun ona qarşı qərəzli münasibət göstərdiyini, müxtəlif təzyiqlər etdiyini iddia edir.

Onun sözlərinə görə, hətta işlədiyi müəssisənin rəhbərliyinə də təzyiq göstərilərək işdən uzaqlaşdırılması üçün addımlar atılır. Vətəndaş qeyd edir ki, yaşadıqları evin şəraiti olduqca ağırdır. Dəfələrlə ölkə Prezidentinə məktublar ünvanlasa da, icra başçısı Vaqif Həsənovun özbaşına hərəkətlərinin davam etdiyini və qazinin mənzillə təmin olunmasına maneələr yaratdığını bildirir.

Vəli İsmayılov "DİA-AZ" vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət edərək məsələnin obyektiv şəkildə araşdırılmasını və hüquqlarının bərpa olunmasını xahiş edir. 


Geri qayıt