Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Xəzər rayonunda məktəbdə qalmaqal
Xəzər rayonunda məktəbdə qalmaqal14-04-2026, 14:48 |
|
Lakin onun iddiasına görə, direktor Əbülfət Bağırov məsələni araşdırmaq əvəzinə valideynə qarşı sərt mövqe sərgiləyib. Valideynin sözlərinə görə, direktor ona “uşağını bu məktəbdən çıxar”, “burada heç nə tələb edə bilməzsən” kimi ifadələr işlədərək məktəbi tərk etməsini tələb edib.Şikayətçi həmçinin qeyd edir ki, Etibar Səmədov sinif rəhbəri kimi üzərinə düşən vəzifələri yerinə yetirmir. Onun iddiasına görə, müəllim yalnız formal olaraq fəaliyyət göstərir, şagirdlərlə maarifləndirici iş aparılmır, sinifdə mühüm tarixi günlər və əlamətdar hadisələr barədə məlumat verilmir, şagirdlərə qarşı laqeyd münasibət hökm sürür.Valideynin sözlərinə görə, bu vəziyyətdən narazı olan digər valideynlər də dəfələrlə məktəb rəhbərliyinə müraciət edərək sinif rəhbərinin dəyişdirilməsini tələb ediblər.Məsələnin digər diqqətçəkən tərəfi isə məktəb direktorunun uzun müddətdir eyni vəzifədə qalması ilə bağlıdır. Bildirilir ki, mövcud qaydalara əsasən məktəb direktorlarının müəyyən müddətdən sonra yerdəyişməsi nəzərdə tutulsa da, Əbülfət Bağırov uzun illərdir bu vəzifədə fəaliyyətini davam etdirir.Qeyd edək ki, bu, adıçəkilən məktəblə bağlı ilk qalmaqal deyil. Təxminən üç il əvvəl məktəbin idman zalında şagirdlər arasında baş verən bıçaqlanma hadisəsi də ictimaiyyətdə geniş rezonans doğurmuşdu və günlərlə müzakirə edilmişdi.Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Mövzu diqqətimizdədir və rəsmi açıqlamaları təqdim etməyə davam edəcəyik. Geri qayıt |