|
"Dünən Beyləqan rayon mərkəzi xəstəxanasında bir göndəriş almaq üçün 2 saatdan artıq gözləməli olmuşuq. Səbəbi odur ki, TƏBİB-in sistemi çöküb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.
O daha sonra başına gələnləri belə nəql edir: "Kompüterlər donub qalır. İnsan əlindən iynə atsaydın yerə düşməzdi. Tam bir rəzalət. Normalda 2-3 saata həll edə biləcəyimiz iş ən azı 8 saat vaxtımızı aldı. Ətrafımda olan hər kəs qəzəbli idi, hamı TƏBİB-i söyürdü. Bölgələrdə özbaşınalıqlardan, insanların düçar olduğu zülmdən yazacaq çox şey var. Dəqiq gördüyüm odur ki, 5-10 il əvvəl insanlar daha rahat nəfəs ala bilirdilər. İndi hamının nəfəsini kəsirlər. Nə qədər geri getdiyimizi bölgələrdə daha aydın görmək və hiss etmək olur..."
Geri qayıt
|