Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > “Bolt” da qiymətləri BU YOLLA ARTIRIR...

“Bolt” da qiymətləri BU YOLLA ARTIRIR...


13-04-2026, 10:22

"Mən Bolt taksi xidmətindən istifadə edən bir müştəri kimi ciddi narazılığımı bildirmək istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Afət Qayıbova adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Əvvəllər bolt tətbiqində taksi seçimləri Econom, Comfort və Business siniflərindən ibarət idi və hər kəs büdcəsinə uyğun seçim edib sifariş verə bilirdi.
Sonradan “Priority” adlı yeni kateqoriya əlavə olundu. Hansıki guya “tələsənlər” üçün nəzərdə tutulsa da, praktikada problemlər yaradır.
Çünki 6-7 dəqiqəlik məsafədə olan taksilər “Priority” kimi göstərilir. Nəticədə Econom sinifindən istifadə etmək demək olar ki, mümkünsüz hala gəlir. Daha uzaqda olan sürücülər isə öz yaxınlıqlarından “Priority” sifarişləri gözlədikləri üçün sifarişləri qəbul etmirlər və ya qəbul edib, sonra müştəriyə yazırlar ki, “atkaz edin”.
Bu vəziyyət müştərini məcbur edir ki, daha bahalı “Priority” seçsin. Beləliklə, əvvəllər mövcud olan nisbətən münasib qiymətli “Econom” seçimi faktiki olaraq işləmir. Bəzi hallarda avtomobilinin nə, necə olmasından asılı olmayaraq taksi “Priority”-ə düşür və bəzən qiymətləri də “Comfort” sinfindən də baha olur. Təsəvvür edin müştəri yazığ bəlkə də heç özünə heç vaxt “Comfort” taksi sifariş etməyə qıymamışdı, gücü çatmır deyə. Ama indi sadəcə getdiyi yerə çatmalıdır deyə “Comfort”dan da baha qiymətə başa gələn “priority” ilə gedir. Bu artıq çarəsizlikdən istifadədir.
Hələ elə insanlar var ki, həftədə bir neçə dəfə taksidən istifadə etməyə məcburdular, bu dəyişiklik onlarçün çox ciddi əlavə xərc yaradır.
İndi burda sual yaranır ki, ümumiyyətlə “Priority” sisteminin əsas məqsədi nə idi?
xidməti yaxşılaşdırmaq, yoxsa adını “qiymət artımı”qoymadan qiymətləri dolayı yolla artırmaq?
Təklif edirəm ki ya “Priority” sistemi ləğv edilsin və əvvəlki sistemə qayıdılsın;
ya da ləğvetmədən sonra sürücü üçün “driver asked to cancel” seçimi istifadə edildikdə sürücülərə qarşı xüsusi penalti tətbiq olunsun və reytinqinə təsir etsin..."
Hazırkı vəziyyətdə sürücülər sistemdəki boşluqdan ciddi şəkildə sui-istifadə edir. Xahiş edirəm, bu məsələ ilə bağlı təcili tədbir görülsün.

Geri qayıt