Əsas Səhifə > Manşet / Sosial > Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında müəmmalı ölüm

Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında müəmmalı ölüm


12-04-2026, 06:24

Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında baş verən ölüm hadisəsi Xəstəxana rəhbəri Mahir Mirzəyevin səhiyyə müəssisəsindəki idarəetmə boşluqlarını və nəzarətsizliyi bütün çılpaqlığı ilə ortaya qoyur

Göyçay rayon sakini Vətən Müharibəsi Veteranı Bayramov Elçin Mürşüd oğlu, qardaşı Bayramov Anar Mürşüd oğlunun müəmmalı ölümü ilə bağlı rəhbərliyi və həkimlərin və personal heyətinin günahkar olduğunu bildirir.
Baş həkim Mahir Mirzəyev haqqında mediada "nümunəvi rəhbər" obrazı yaradılsa da, reallıq fərqlidir. 18.03.2026-cı il tarixində xəstəxanaya fiziki vəziyyətdə daxil olan 2-ci qrup əlil Bayramov Anar bir neçə saat sonra ölümcül vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Rənamasiya şöbəsinə aparılaraq cəmi 3 gün sonra — 21.03.2026 - ci il tarixdə orada vəfat edib.
Bayramov Elçinin əsas iddiası baş həkimin fəaliyyəti ilə bağlıdır. Mahir Mirzəyev ağır ürək əməliyyatı keçirdiyini və səhhətinin ağır olduğunu özü etiraf edir. Sual olunur: Səhhəti və yaşı idarəetməyə imkan verməyən bir şəxs niyə hələ də bu strateji vəzifədə saxlanılır?
Məsuliyyət Kimin Üzərindədir?
İdarəetmənin iflic olması həmdə personalların — həkim Məmmədov Elçin Rafiq oğlunun və xəstə baxıcılarının fəaliyyətinində araşdırmasına ehtiyac yaradır. Ailə bildirir ki, baş həkimin xəstəliyi və nəzarətsizliyi nəticəsində şəfa tapmağa gələn gəncin meyiti çıxıb.
Mərhumun ailəsi bildirir ki, hadisədən sonra xəstəxana rəhbərliyi müxtəlif şəxslər vasitəsilə xəbər göndərərək yas mərasimində iştirak etmək istədiklərini bildiriblər. Lakin ailə bu addımı səmimi başsağlığı kimi deyil, hadisənin ört-basdır edilməsi və hüquqi məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir.
Veteran Bayramov Elçin Səhiyyə Nazirliyini bu "tərifli pərdənin" arxasındakı özbaşınalığı araşdırmağa və Mahir Mirzəyevin vəzifəyə yararlılığını həmçinin həkim Məmmədov Elçin Rafiq oğlunun və digər personalın sağlamlıq vəziyyətlərini xidmətlərini yoxlamağa çağırır.
"DİA-AZ"

Geri qayıt