Əsas Səhifə > Manşet / Ölkə > Təcili Tibbi Yardım sistemini kimlər iflic duruma salıb...
Təcili Tibbi Yardım sistemini kimlər iflic duruma salıb...11-04-2026, 07:56 |
|
"Maliyyə nazirliyi tərəfindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində (RTTTYM -də) genişmiqyaslı yoxlamalar səhiyyə sahəsində maliyyə idarəçiliyi ilə bağlı kifayət qədər ciddi faktları üzə çıxardı. Xüsusilə, Bakı və regionlarda (Gəncə, Sumqayıt) olan stansiyalarda aşkar olunan nöqsanlar həm satınalmaları,həm də kadr uçotu sahəsini əhatə edir..." "DİA-AZ" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məlumatda daha sonra deyilir: "Bakı şəhərində 140, regionlarda isə 270 briqada olduğu deyilsə də, faktiki həkim çatışmazlığı və digər səbəblər(müxtəlif səbəblərdən işə çıxmama, ambulansların təmiri və s.....) briqadaların kadr təminatını 70-75 faiz edir, xüsusilə rayonlarda feldşerlərin çağırışa getməklərindən istifadə edilir.
2023-cü ilin axırlarında O zamankı TƏBİB direktoru Vüqar Qurbanov struktur islahatı adı altında təcili tibbi yardım xidmətinə elə ağır zərbə vurub ki, indi onun səriştəsiz kadrları ilə təcili tibbi yardım yarıtmaz hala düşüb.
Bu yoxlamalar nəticəsində aşkar olunan qanun pozuntuları və mənimsəmələr dövlət büdcəsinə dəyən ziyanla bağlıdır.
Bunlar haqqında geniş məlumat verdiyimiz üçün bu gün bu şərəfli və çətin işləri bilavasitə yerinə yetirən əslində gecə gündüz fasiləsiz qəhrəmanlıq göstərən işçilərin əmək və peşə hüquqlarının pozulması və onların müdafiəsindən söhbət açacıq.
Beləliklə, personalın geyim forması satınalma tenderlərində "qalib"gələn şirkət vasitəsilə keyfiyyətsiz və real dəyəri aşağı olan formalar dəfələrlə yüksək qiymətə rəsmiləşdirilib.
Ən çox "Ölü canlar"faktı məhz sürücü və avtomobillərə texniki qulluq edənlər arasında olub, yoxlamaların ən diqqət çəkən məqamı faktiki işə gəlməyən və ya mövcud olmayan şəxslərin adına bank kartı açılması, pulların konkret olaraq rəhbər işçilər tərəfindən nağdlaşdırılması iddia olunur (araşdırma aparılır).
Sənəddə məs.Sumqayıt üzrə 20briqada olduğu göstərilsə də, faktiki 12-14briqada işləyir ki,bu da çağırışların gecikməsinə və əhalinin narazılığına səbəb olur.Əgər stansiyasada həkim və ya digər personal (orta tibb işçisi, sürücü, maşın) və mövcud həkimlər digər vakant ştatın işini görürsə ona mütləq əlavə əməkhaqqı ödənilməlidir (əlavə funksiyalar üçün).
Büdcədə həmin vakant yerlər üçün maaş ayrılır, lakin real işi görən həkimlərə deyil,saxta adla sənədləşdirilmiş şəxsə yazılır və iddia olunur ki,mənimsənilir.Buadətən nəzarətdən kənar rayonlarda baş verir.Bir həkimin bir neçə həkimin işini görməyə məcbur edilməsi həm psixoloji, həm də fiziki qəzadır.Həkim ardıcıl olaraq normadan artıq çağırışa gedirsə yorğunluq fonunda diaqnostik səhvlərə və yanlış tibbi yardıma yol açılır.
Əlavə maaş almadan qanunsuz olaraq işlədilən həkim həm də hüquqi risk altına düşür və bəzən işi ilə vidalaşır,.Səhv baş verdiyi halda rəhbərlik çox vaxt "həkim səhvi"deyərək kənara çəkilir, halbuki səbəb həkimin həddən artıq yüklənməsidir.
Eyni zamanda iş vaxtından artıq işlərə görə əməkhaqqı ödənilmir, amma həmin vaxt obyektiv səhv buraxılsa belə həkim bəzi hallarda cəzalandırılır.
Yoxlamalar zamanı aşkar olunub ki,tabellər Statistika komitəsinin tələblərinə uyğun yazılmır, bununla Əmək Məcəlləsinin 61-ci və 165-cimaddəsi kobud şəkildə pozulur.
RTTTYM -də aparılan yoxlamalar göstərir ki, Əmək Məcəlləsinin 61-ci maddəsi (vəzifələrin icrasının başqa işçiyə həvalə edilməsi) tətbiq olunmur və əlavə ödənişlərin verilməməsi birbaşa mənimsəmə faktına işarədir.Briqada çatışmazlığı xəstələrin həyatı üçün risk yaradır .
Bütün bunlar deyəcəkləri izin cüzi bir hissəsidir, reallıqda isə təcili tibbi yardım həkimləri də mövcud dərmanlarla adekvat təcili tibbi yardım göstərməkdə çətinlik çəkirlər, onlar 21-əsrdə çox güclü ağrıları analginlə kəsməyə cəhd edirlər
Həyati vacib ürək və nevroloji dərmanlar verilmir, tibbi texnikahər il kalibrizasiyadan keçirilmir.
Nəticədə TTY həkimi dilemma qarşısında qalır:O ya verilən dərmanlarla qanunla işləyib xəstəni itirməlidir,ya da qanunsuz olaraq özü dərman alıb Dəstəni xilas etməlidir.
Hələ 65 yaş yuxarı həkimlər çalışma müddətinin uzadılması üçün nələr çəkir, sözə baxmayanları isə Bakıdan Sumqayıta transfer gözləyir
Yoxlamalar zamanı Xəzər rayon təcili tibbi yardım stansiyasının müdiri vəzifəsindən guya azad edilib, halbuki daha çox böyük bölmə olan Suraxanı rayon TTY stansiyasına direktorMirələm Calalov tərəfindən "transfer"edilib.
Sovet dövründə Təcili Tibbi Yardımda rəhbər vəzifələrdən bu günə qədər insanlar üçün ən zəruri tibbi xidmət sahəsi olan TTYX -də bu cür korrupsiya halları və qanun pozuntuları görməmişdim.
Ümidvaram ki,nə vaxtsa bu mənfi amillərin TTY -a nə qədər ağır zərbə vurduğunu, tibbi personalın hüquqlarının necə kobud şəkildə pozulduğunu, son olaraq xəstələrin hansı əzablar çəkdiyini kimlərsə sübut edəcək
Əgər Əmək Məcəlləsinin 61-ci və,165-ci maddələri tətbiq olunsa indi sürücü, orta tibb işçiləri ən azı 15-20, həkimlər isə 30-35faiz yüksək maaş alardılar .
Çox təəsüf ki,2025-ci ildə əməkhaqqı fondunun nə qədər kəsirlə yerinə yetirilməsini öyrənmək mümkün olmadı
Həmişə demişəm təcili tibbi yardımda baş verən neqativ halların əksəriyyəti idarəetmədən qaynaqlanır.
Odur ki,evinizə gec gələn həkimi söyməyin, onun günahı yoxdur,günah korrupsiya çarxını fırladan iriçaplı məmurlardır.
Bir sıra ölkələrdə olduğu kimi bizdə də "həkim -mühəndis fakültəsi açılmalı, təcili tibbi yardımın rəhbəri də bu fakültənin məzunu olmalıdır..."
Geri qayıt |