Əsas Səhifə > Manşet / Gündəm > Gəncədə səhiyyə adına RƏZALƏT...
Gəncədə səhiyyə adına RƏZALƏT...11-04-2026, 06:34 |
|
Azərbaycanın ən böyük regionlarından biri olan Gəncə şəhərində səhiyyə sistemi sanki şəfa ocağı deyil, ayrı-ayrı şəxslərin varlanma poliqonuna və korrupsiya yuvasına çevrilib. Ortaya çıxan mənzərə təkcə qanunların ayaqlar altına alınması deyil, həm də xalqın sağlamlığı ilə oynanılan iyrənc bir oyunun sübutudur. Bu cinayət və rüşvət zəncirinin başında dayananların əməlləri artıq gizlədilə bilməyəcək qədər ifşa olunub! Korrupsiyadan Qovulub Mükafatlandırılan “Kadr”: Məlahət Bayramovanı Kim Qoruyur? Gəncə şəhər Səhiyyə Xəstəxanasının kadrlar şöbəsinin müdiri Məlahət Bayramovanın fəaliyyət trayektoriyası hüquq-mühafizə orqanlarının birbaşa hədəfi olmalıdır. 2024-cü ildə “103” xidmətinin Qaracının müdiri Vidadinin korrupsiya əməllərinə görə həbs olunduğu ərəfədə Məlahət Bayramova da işdən uzaqlaşdırılmış və 5 ay evdə oturmağa məcbur qalmışdı. Lakin hansısa gözəgörünməz əllər (yaxud rüşvət pulları) işə düşdü və bu şəxs heç bir şey olmamış kimi yenidən eyni vəzifəyə qaytarıldı! Səhiyyə Ocaqları “Ailə Holdinqi”nə Çevrilib! Məlahət Bayramovanın özbaşınalığı bununla da bitmir. O, dövlət müəssisələrini öz ailəsinin gəlir mənbəyinə çevirib: Gəlinini Abbas Səhhət adına xəstəxananın kadrlar şöbəsinin müdiri təyin etdirib. Oğlunu həmin xəstəxanada “MRT-yə nəzarətçi” adı altında qanunsuz pul yığmaqla vəzifələndirib. Hansı tibbi ixtisasla, hansı haqla? Əri Fəxrəddin Quliyev birinci qrup əlil kimi qeydiyyatdadır. Kağız üzərində ağır xəstə olan bu şəxs, hər gün maşınla arvadını işə aparıb-gətirir. Bu azmış kimi, birinci qrup əlillərə ayrılan və dövlət tərəfindən pulsuz verilməli olan dərmanlar bu ailə tərəfindən mənimsənilir və apteklərdə qeyri-qanuni satılaraq xalqın haqqı talanır! Heç bir ciddi vəzifə tutmayan bu ailənin hündür mərtəbəli villaları, lüks maşınları və sonsuz sərvəti hansı yollarla əldə edilib? Bu sualın cavabı bəllidir: Tibb bacısı olmaq üçün 10 min, xadimə olmaq üçün 5 min manat rüşvət yığmaqla! Poliklinikalarda və xəstəxanalarda işə düzəlmək resurs deyil, Bayramovanın şəxsi ticarət obyektidir. Qanunsuz Həkimlər və “Ölü Canlar” Gəncə Səhiyyəsinin müdiri İlkin həkimin fəaliyyəti də Bayramovanın idarəçiliyindən geri qalmır. Məlahət Bayramovanın tapşırığı və İlkin həkimin imzası ilə rezidenturanı bitirməyən, həkimlik fəaliyyətinə hüquqi icazəsi olmayan şəxslər qanunsuz şəkildə həkim təyin edilirlər. Bu, birbaşa Gəncə sakinlərinin həyatına qəsddir! Sövdələşmələr və Pandemiya Talançılığı İddialara görə, İlkin həkim deputat olmaq xülyasına düşüb və Bayramovaya onu Bakıda yüksək vəzifəyə çəkəcəyi vədini verib. Onların bu günah ortaqılığı illər öncəyə, pandemiya dövrünə dayanır. Keçmiş direktor Nazim həkim və İlkin həkimin rəhbərliyi dövründə, insanların can dərdi çəkdiyi pandemiya zamanında yüzlərlə saxta ad rəsmiləşdirilərək milyonlarla dövlət vəsaiti talanmış və bu qruplaşma həmin pullar hesabına milyonerə çevrilmişdir. NƏTİCƏ OLARAQ: Sima Babayeva - Referans.media Geri qayıt |