Əsas Səhifə > Manşet / Hadisə > 'Rabitə Bank' hələ də müştəri ilə RABİTƏ QURA BİLMİR...
'Rabitə Bank' hələ də müştəri ilə RABİTƏ QURA BİLMİR...10-04-2026, 07:42 |
|
"Şikayətim "Rabitabank"dandır... Mən bu "Rabitə bank"ın hər "online" alış-veriş portalında olunan transaksiyanı servis xidmətiymiş kimi MCC5734-lə qeydiyyata salıb üstünə komissiya haqqı hesablamağından bezdim..." "DİA-AZ" xəbər verir ki, bu barədə"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Dəfələrlə yaşamışam bunu... Hər dəfə də bunlar üçün invoys təqdim etməlisən ki, 1 aya həmin pul dala qayıtsın.
Məsələ budur ki, "Aliexpress"dən dəfələrlə alış-veriş edirəm, amma heç vaxt bu olmayıb... Bir tək "Rabitə bank" komissiya tutub. Üstəlik eyni alış-verişi "Leo bank" kartı ilə etmək istədim, balans yetərli olmadı. Amma "Leo bank" ödəməni mcc5311-lə qeydə aldı.
"Aliexpress" də hal-hazırda invoys təqdim etmir alıcılara və "Rabitə bank" da dirənib ki, kartın 4 rəqəmi olan invoys təqdim edin.
Niyə də, niyə? Xırda bir alış-veriş üçün mən sənə vaxtımı sərf etməliyəm? Niyə fiziki əldə tutulan bir məhsul üçün komissiya çıxırsan? Niyə?
Üstəlil çıxılan komissiyanı qəbzdə də qeyd etmirlər! Həmin vaxt balansda olan pulunu təxmini bildin bildin, bilməsən... getdi işinə... Heç gözünə də çarpmayacaq..."
Geri qayıt |