Əsas Səhifə > Manşet / Sosial > Qusarda sahibkara qarşı DÖVLƏT EHTİYACI adı altında TƏLƏ...
Qusarda sahibkara qarşı DÖVLƏT EHTİYACI adı altında TƏLƏ...10-04-2026, 07:27 |
|
"Mən, Qusar rayonun Samur qəsəbəsi ərazisində fəaliyyət göstərən digər 10 sahibkar uzun illərdir ki, qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq. Bizə məxsus torpaq sahələri və tikililər dövlət aktları ilə rəsmləşdirilmiş, uzun müddət ərzində torpaq və digər vergilər mütəmadi olaraq dövlət büdcəsinə ödənilmişdir.
Buna baxmayaraq, son dövrlərdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunsuz müdaxilələrə məruz qalırıq..." "DİA-AZ" xəbər verir ki, bunu Qusar şəhəri, Hacı Məhəmməd küçəsi, 10 saylı evdə yaşayan, ali təhsilli, təqaüdçü Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu ölkə rəhbərliyinə ünvanlanmış müraciətində qeyd edib.
Müraciətdə daha sonra deyilir: "Belə ki, Qusar rayonun Samur gömrük keçid məntəqəsi ətrafında yerləşən 11 sahibkara məxsus olan ictimai iaşə obyektləri və torpaq sahələri guya « dövlət ehtiyacları « adı altında alınmaq istənilir.
Halbuki heç bir dövlət ehtiyacı əsaslandırılmamış, qanunvericiliyin tələblərinə uyğun rəsmi qərar təqdim edilməmiş, əmlakların bazar qiyməti tam və ədalətli şəkildə ödənilməmiş, torpaq sahələrinə görə ümumiyyətlə kompensasiya nəzərdə tutulmamışdır.
Mənim mülkiyyətimdə olan tikiliyə 60250 ( altımiş min iki yüz əlli ) manat qiymət qoyulsa da, 2000-ci ildən qanuni əsaslarla əldə etdiyim və hal-hazırda sahibkarlıq fəaliyyətində istifadə etdiyim 3 hektar torpaq sahəsi üçün heç bir kompensasiya təklif olunmamışdır.
Qeyd etmək istəyirəm ki, daha əvvəl Qusar Rayon İcra Hakimiyyəti tərəfindən oxşar iddia qaldırılmış, lakin Qusar Rayon Məhkəməsi tərəfindən həmin tələblər qanunsuz hesab edilərək rədd edilmişdir. Qusar Rayon Məhkəməsi açıq şəkildə müəyyən etmişdir ki, dövlət ehtiyacı mövcud deyil, icra hakimiyyətin belə bir səlahiyyəti, subyektiv hüququ yoxdur, sahibkarların mülkiyyət hüquqları qanunla qorunur.
Buna baxmayaraq, eyni məzmunlu tələblər bu dəfə digər dövlət qurumları vasitəsilə yenidən qaldırılmışdır ki, bu da açıq-aşkar hüququn aliliyinə ziddir.
Hüquqi əsaslar :
Geri qayıt |