|
Məlum olduğu kimi, bu ilin fevral ayında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi. Həmin vəzifənin icrası müvəqqəti olaraq TƏBİB sədrinin müavini Anar İsrafilova həvalə olundu. Amma onun yerinə, dha adəqiq TƏBİB sədrliyinə daha bir iddialı fiqur var ki, son günlər hərəkətə keçdiyi deyilir. Bu barədə "DİA-AZ"a daxil olan xəbərdə deyilir ki, deputat Kəmaləddin Qafarov TƏBİB sədrliyinə iddialıdır. Xatırladaq ki, xeyli müddətdir, onun belə bir iddiası var, amma kifayət qədər qaranlıq reputasiya sahibi olması imkan vermir ki, onunla bağlı "yuxarılar" da müsbət bir qərar versinlər. Bunu da mənbəmiz deyir. Mənbə onu da əlavə edib ki, Kəmaləddin Qafarov hələlik BOŞ KİMİ GÖRÜNƏN TƏBİB sədri postuna namizədliyini möhkəmlətmək üçün müəyyən dairələri hərəkətə keçirə bilər: "Onun yetərincə böyük pulları var. Böyük bir biznesi var və eyni zamanda dövlətin tenderlərində əsas paygötürənlərtdən biri kimi də diqqət mərkəzindədir. Belə birisi uğurlu namizəd hesab olunmur, amma çaba varsa, nələrsə ola bilər..." Qeyd edək ki, mənbəmiz eyni zamanda Qafarovla bağlı ilginc iddialar da səsləndirib. Bu barədə növbəti yazımızda. Söhbət tərkibi normativləırə cavab verməyən dərmanların daha çox məhz Qafarovun xətti ilə gətirilməsindən gedir. Bizi izləməyə davam edin...
Geri qayıt
|