Əsas Səhifə > Manşet / Siyasət > 7 ton əlvan metal yoxa çıxıb: baş mühəndis araşdırılır
7 ton əlvan metal yoxa çıxıb: baş mühəndis araşdırılır1-04-2026, 07:55 |
|
Aztimes.az xəbər verir ki, “Azərsu” ASC-nin baş idarəsində ciddi maliyyə pozuntusu ilə bağlı araşdırma aparılır. Məlumata görə, qurumun Nəzarət Ölçü Cihazları strukturu üzrə dövlət inventarında olan 7 ton əlvan metalın yoxa çıxması faktı üzrə şübhələr yaranıb və məsələ hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb.
İlkin hesablamalar da diqqət çəkir. Belə ki, 7 ton əlvan metal 7000 kiloqram deməkdir. Orta bazar qiyməti ilə hesablandıqda (1 kiloqram ≈ 20 AZN) ümumi məbləğ təxminən 140 min manat edir. Bu isə dövlət büdcəsinə ciddi ziyan ehtimalı deməkdir. Məsələ ilə bağlı aparılan araşdırmalar çərçivəsində “Azərsu” üzrə baş mühəndis vəzifəsində çalışan Rəşad Borçiyev şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Hazırda onun fəaliyyəti və bu prosesdə rolu araşdırılır. Qeyd edək ki, hadisənin birbaşa baş idarə səviyyəsində baş verdiyi iddia olunur. Bu isə məsələni daha da ciddiləşdirir. Çünki söhbət artıq lokal strukturdan deyil, mərkəzi idarəetmə sistemindən gedir. Məlumatlara görə, araşdırma çərçivəsində: Baş verənlər fonunda “Azərsu” ASC rəhbərliyinin də nəzarət mexanizmləri sual altına düşür. Qurumun sədri Zaur Mikayılovun rəhbərlik etdiyi sistemdə belə bir hadisənin baş verməsi, daxili nəzarətin nə dərəcədə effektiv olması ilə bağlı ciddi suallar yaradır. Hazırda fakt üzrə araşdırma davam edir. Məsələyə hüquqi qiymət istintaqın nəticəsindən sonra veriləcək. Geri qayıt |