Əsas Səhifə > Manşet / Ölkə > Vətəndaş Yasamalda dərdini deməyə məmur tapmır...

Vətəndaş Yasamalda dərdini deməyə məmur tapmır...


Bu gün, 12:51

"Camaatın gül kimi şüşəbəndlərini söküb aqlayladılar ki, şəhərin mənzərəsi təzə görünsün. Keyfiyyətli qapı-pəncərəmizi söküb, evin içinin təmirini zay etdilər... Nə var, nə var, çöldən Parisə oxşasın..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Murad Arif qeyd edib.
O daha sonra etiraz dolu müraciətini belə davam etdirir: "Amma bloklar bərbad, məhlə içi bərbad, həyətlər qaranlıq... SOVETDƏN QALAN QARAJLAR... Bir "jek" işçisi tapılmır ki, Yasamalda, Zərdabidə məhlələrə əl gəzdirsin... Çölü Paris, içi Banqladeş oldu.
Yollar da eləcə. Mütəmadi şəkildə, eyni, SALAMAT yollar qaşınır, dağılır ki, biz filan şeyə hazırlaşırıq... Amma, ilk yağışda şəhər olur Venessiya. Çünki, DEKORATİV görülür bu işlər və mahiyyətini yağış vurur üzümüzə...
Hər yağıntıda eyni görüntü, eyni şikayət. Düzəlmir... Bəlkə də mentalitetdir... Bəlkə də "dəyər"... Bilmirəm adı nədir.
Atasının qəbrini təmizləyib, zir-zibilini hasarın o tərəfinə, yolun ortasına tökənlər nə qədərdir aramızda?
Eyvanda siqaret çəkib, kötüyünü aşağı qonşunun başına fızıldadan neçə nəfərik?
Hansını xatırladaq? Ardını siz yazın...
Məmur da Marsdan gəlmir ki. Həmin Bizik də..."

Geri qayıt